Home İV terapiya
Anti-age
Anti-age
299.0 ₼
Sürətli qeyd
Təsvir
  • Əksər insanlar düşünür ki, Anti-Age damcılar sadəcə dəb halını almış prosedurdur. Əslində isə bu terapiya orqanizmdə qocalma proseslərini ləngidir və ümumi sağlamlıq üçün effektiv dəstək təmin edir.

    Anti-age damardaxili terapiya vasitəsilə dərman və vitaminlər birbaşa qan dövranına ötürülür, bu da hüceyrə və toxumalara sürətli çatdırılmanı təmin edir. Beləliklə, maddələrin həzm sistemi vasitəsilə qəbulunda itən hissəsi itirilmir və maksimum təsir əldə olunur.

    ANTI-AGE IV terapiyanın üstünlükləri:

    • Dəri vəziyyəti yaxşılaşır.
    • Saç və dırnaqlar möhkəmlənir.
    • Sümüklər və oynaqlarda degenerasiya prosesi yavaşlayır. 
    • Kollagen və elastin sintezi aktivləşir.
    • Toxumaların bərpa prosesi sürətlənir.
    • Zehni funksiyalar yaxşılaşır
    • Oynaqlardakı ağrılar azalır
    • Emosional vəziyyət stabilləşir.
    • Enerji səviyyəsi artır.
    • Qaraciyər toksinlərdən təmizlənir, bu da həm görünüşə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

    Anti-age damcıları xüsusilə qocalma əlamətləri yeni başlayanda – profilaktik məqsədləçox effektivdir. Yalnız bir neçə prosedurdan sonra belə müsbət təsiri hiss etmək mümkündür və bu təsir zamanla daha da güclənir.

    ANTI-AGE IV terapiya kimlər üçün tövsiyə olunur:

    1. İlk qocalma əlamətləri başlayan şəxslər

    • Dəridə elastikliyin azalması
    • Kiçik qırışların görünməsi
    • Üz rənginin solğunlaşması

    Bu mərhələdə terapiya profilaktik təsir göstərir və prosesi ləngidir.

    2. Stresli və sürətli həyat tərzi yaşayanlar

    • Yuxusuzluq, gərginlik
    • Yorğunluq və enerji çatışmazlığı
    • Qidalanma pozğunluqları

    Bu şəxslərdə enerji səviyyəsini artırmaq, dəri və zehni gümrahlığı bərpa etmək üçün ideal seçimdir.

    3. Dərinin və orqanizmin ümumi regenerasiyasına ehtiyacı olanlar

    • Uzunmüddətli xəstəlik və ya cərrahiyyə sonrası bərpa dövründə olanlar
    • Saç tökülməsi, dırnaq kövrəkləşməsi yaşayanlar
    • Dərinin quruluğu, piqment ləkələri, ton pozğunluğu

    4. Aktiv şəkildə kosmetik və estetik prosedurlar etdirənlər

    • Mezoterapiya, botoks, lazer və s. kimi prosedurlar sonrası dəstəkləyici terapiya
    • Kollagen və elastin sintezini artırmaq üçün

    5. Zərərli vərdişləri olan şəxslər

    • Siqaret və ya spirtli içki istifadə edənlər
    • Qida əlavələri və vitaminləri qəbul edə bilməyənlər

    Bu terapiya orqanizmi toksinlərdən təmizləyir və bədənə lazımi maddələri birbaşa verir.

    ❗ Kimlərə tövsiyə olunmur:

    • Onkoloji xəstəliklər
    • Hamiləlik və laktasiya dövrü
    • Ağır allergik reaksiyalara meyllilik
    • Kəskin infeksion və iltihabi vəziyyətlər
Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Anti-age
İstədiyiniz qeyd tarixi