Dəmir
69.0 ₼
Təsvir
-
Müxtəlif mənbələrin məlumatına görə, anemiya yayılması əhalinin 25%-ə qədərini əhatə edir. Anemiyanın ən çox rast gəlinən forması dəmir çatışmazlığı ilə əlaqəli olan formadır. Bu vəziyyət orqanizmdə dəmirin çatışmazlığı, xroniki qan itkiləri, həzm sistemi xəstəlikləri, hamiləlik və müxtəlif infeksiyalarla bağlı olur. Dəmir səviyyəsini qaldırmağın ən sürətli və effektiv üsulu Dəmir IV terapiyasıdır.
Dəmir IV terapiyasının üstünlükləri:
- Qandakı dəmir, ferritin, hemoqlobin və eritrosit səviyyəsini sürətlə normallaşdırır.
- Tez yorulma hallarını azaldır və bədənin enerjisini artırır.
- İş qabiliyyətini və gündəlik aktivliyi artırır.
- Yuxululuğu aradan qaldıraraq zehni ayıqlığı bərpa edir.
- Qulaqlarda yaranan küy və narahatlıq hissini azaldır.
- Nəfəs darlığını yüngülləşdirir və orqanizmin oksigenlə təminatını yaxşılaşdırır.
- Dəridə və selikli qişalarda olan solğunluğu aradan qaldıraraq daha sağlam görünüş yaradır.
- Aybaşı zamanı baş verən həddindən artıq qan itkisinin mənfi təsirlərini azaldır.
Dəmir IV terapiyası kimlər üçün tövsiyə olunur?
- Dəmir çatışmazlığı və ya anemiya diaqnozu qoyulanlar
- Tez yorulan və enerjisizlikdən şikayətlənənlər
- Zəiflik, yuxululuq, diqqət dağınıqlığı yaşayanlar
- Uzunmüddətli və bol aybaşı qanaxması olan qadınlar
- Hamiləlikdən əvvəl və ya sonra orqanizmi dəmir ehtiyatı ilə dəstəkləmək istəyən qadınlar
- Vegetarianlar
- Qan itkisi keçirmiş və ya tez-tez qan bağışlayan şəxslər
- Həzm sistemi xəstəlikləri səbəbilə dəmirin sorulması zəif olanlar