-
Arıqlamaq üçün damcı ilə müalicə piylənmə və artıq çəkiyə qarşı müalicə üsullarından biridir. IV terapiya zamanı maddələr mübadiləsini sürətləndirən və qan şəkərinin səviyyəsini aşağı salan maddələrdən istifadə olunur. Buna görə də bu prosedurlar şəkərli diabet və ya pre-diabet diaqnozu olan pasiyentlər üçün də faydalı ola bilər.
Metabolizmə təsirlə yanaşı, arıqlamaq üçün nəzərdə tutulan damcılar orqanizmdə su-duz balansını normallaşdırır, bu isə artıq mayenin bədəndən xaric olunmasına kömək edir. Belə effekt xüsusilə artıq çəki fonunda tez-tez rast gəlinən ödem hallarının müalicəsində əhəmiyyətlidir.
Artıq çəki zamanı IV terapiyanın üstünlükləri:
- Maddələr mübadiləsini sürətləndirir.
- Çəkini azaldır.
- Toksinləri və artıq mayeni orqanizmdən xaric edir.
- Yağ və karbohidrat mübadiləsini normallaşdırır.
- Qanda şəkər səviyyəsini aşağı salır.
- İştahanı azaldır.
- Orqanizmi vitamin və minerallarla zənginləşdirir.
- Tək bir prosedurla həm arıqlamaq, həm metabolizmi sürətləndirmək, həm ödemi aradan qaldırmaq, həm də orqanizmi ümumi möhkəmləndirmək mümkündür.
Bir məqamı xüsusilə qeyd etməliyik ki, arıqlama məqsədilə tətbiq olunan damcılar piylənmənin əsas müalicə üsulu deyil. Bu, kompleks terapiyanın bir hissəsidir. Əsas səbəbdən asılı olaraq pasiyentə hormonal fonun korreksiyası, dietoterapiya, fiziki aktivlik, bariatriya cərrahiyyəsi və digər üsullar təyin oluna bilər.
Yağ yandırmaq üçün IV terapiya kimlər üçün tövsiyə olunur?
- Çəki azaltmaq istəyənlər
- Yavaş metabolizmli insanlar
- Artıq çəkiyə meyilli şəxslər
- Artmış iştah və daimi aclıq hissi yaşayanlar
- Sellülitli dəri görünüşü olanlar
- Hüceyrə səviyyəsində susuzluq müşahidə olunan pasiyentlər
IV terapiya ilə effektiv arıqlamaq üçün:
- Porsiyaların həcmi azaldılmalıdır;
- Kalori qəbulu nəzarətdə saxlanmalıdır;
- Şəkər və doymuş yağların miqdarı azaldılmalıdır;
- Gündəlik qidalanma qrafiki formalaşdırılmalıdır;
- Ara yeməklərdən (snack) uzaq durulmalıdır;
- Yatmazdan 3-4 saat əvvəl qida qəbulu dayandırılmalıdır.