-
İdmançılar üçün damardaxili vitamin terapiyası – orqanizmin ehtiyatlarını sürətlə bərpa etməyin və intensiv məşqlərdən sonra qısa zamanda yenidən formaya düşməyin effektiv yoludur.
Vitaminlər, mikroelementlər və amin turşularından ibarət damcı terapiyası yalnız peşəkar idmançılar üçün deyil, həm də aktiv həyat tərzi sürən insanlar üçün tövsiyə olunur.Qidalandırıcı maddələrin infuziya üsulu ilə orqanizmə yeridilməsi IV terapiya adlanır. Bu üsul hazırda bütün dünyada güc və sağlamlığın dəstəklənməsi məqsədilə istifadə olunur. Vitamin damcısının təsiri çox tez baş verir, çünki çatışmayan elementlər birbaşa qan dövranına daxil olur. Onlar asanlıqla və tam şəkildə mənimsənilir. Bir kurs damcı terapiyası bir həftəlik vitamin-mineral komplekslərinin qəbulunu əvəz edə bilir.
İdmançılar üçün damcı terapiyasının tətbiq sahələri:
IV terapiya yalnız peşəkar idmançılara deyil, bir çox hallarda geniş əhali üçün də uyğundur. Aşağıdakı vəziyyətlərdə bu terapiyaya ehtiyac yaranır:
- Yüksək fiziki yüklənmələr, ağır fiziki işlər
- Travmalardan sonrakı reabilitasiya dövrü
- Sürətli yorğunluq
- Dərinin elastikliyinin azalması
- İmmun çatışmazlığı halları
- Saç və dırnaqların kövrəkliyi
- Uzunmüddətli, o cümlədən virus mənşəli xəstəliklərdən sonrakı bərpa dövrü
- Kollagen stimulyasiyasının effektliyinin artırılması
İdmançılar üçün damcı terapiyası nə məqsədlə tətbiq olunur?
Yarışlardan əvvəl:
Yarış öncəsi damcı terapiyası enerji və güc verir, dözümlülüyü artırır, orqanizmin yüklənmələrə davamlılığını yüksəldir. IV terapiya sayəsində orqanizmin gizli ehtiyatları səfərbər olunur, immunitet güclənir və stresə qarşı davamlılıq artır.
Məhlulların ideal balanslaşdırılmış tərkibi nəticəsində məşqlərin intensivliyi və məhsuldarlığı artır, ürək-damar, dayaq-hərəkət və sinir sistemi kompleks şəkildə dəstəklənir.
Yarışlardan sonra:
Yarışdan sonra damcı terapiyası mikrotravmalardan, intensiv və uzunmüddətli fiziki yüklənmələrdən sonra bərpa prosesini sürətləndirmək üçün tövsiyə olunur. Bu terapiya əzələ gərginliyini, ağrını və narahatlığı azaldır, əzələlərin regenerasiyasını sürətləndirir və toksinlərin orqanizmdən çıxarılmasını təmin edir.
Əzələ kütləsinin artırılması üçün:
Damardaxili infuziyalar əzələ kütləsinin artırılmasına, qidalandırıcı maddələrin mənimsənilməsinin və dözümlülüyün yaxşılaşdırılmasına kömək edir. Bu terapiya əzələ liflərinin hidratasiyasına, su-elektrolit balansının və qan tərkibinin normallaşdırılmasına, enerji səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.
Kapelyar məhlulun tərkibi hər bir şəxsin ehtiyaclarına uyğun olaraq fərdi şəkildə seçilir.
Preparat seçimi
İdmançılar üçün IV terapiyasına daxil olan preparatlar həkim tərəfindən, laborator analizlər və funksional diaqnostika əsasında təyin olunur. Optimal tərkib yalnız dəqiq ölçülmüş komponentlərdən hazırlanır. Hər hansı maddənin artıq və ya az olması arzuolunmaz nəticələrə və yarışlar ərəfəsində effektsizliyə səbəb ola bilər.
Hazır resept mövcud deyil – hər bir şəxs üçün individual tərkib hazırlanır. Bu tərkib, adətən tanınmış preparatlar və vitamin-mineral komplekslərinin əsasında qurulur.
"İdman kokteyli" adlanan məhlula hüceyrədaxili mübadiləni tənzimləyən metabolik preparatlar, minerallar, vitaminlər, xondroprotektorlar və amin turşuları daxil edilir.
Bu maddələr oynaq qığırdaqlarında destruktiv proseslərin qarşısını alır və onların özünübərpasını stimullaşdırır.
İdmançılar üçün IV terapiyanın üstünlükləri:
- İmmunitetin gücləndirilməsi
- Kollagen və elastin sintezinin yaxşılaşdırılması
- Enerji səviyyəsinin və ümumi gücün artırılması
- Su-elektrolit balansının normallaşdırılması
- Ürək əzələsinin və dayaq-hərəkət sisteminin möhkəmləndirilməsi
- Toksiki metabolitlərin utilizasiyası
- Güclü antioksidant təsir, hüceyrə və toxumaların oksigenlə zənginləşdirilməsi
- Maddələr mübadiləsinin yaxşılaşdırılması
- Əzələ spazmlarının və gərginliyinin aradan qaldırılması
- Toxuma regenerasiyası və sağalma proseslərinin stimullaşdırılması
- Vegeterianlarda əvəzolunmaz amin turşularının defisitinin profilaktikası.