-
Bu IV terapiya növü hüceyrə və toxumaların bərpa proseslərini sürətləndirmək, mübadilə proseslərini yaxşılaşdırmaq və ən əsası, immun sistemini gücləndirmək üçün hazırlanmış amin turşuları kompleksidir.
Bu kompleks hansı hallarda tövsiyə olunur?
Orqanizmdə amin turşuları çatışmazlığı olduqda və gündəlik qidalanma bütün ehtiyacları ödəmədikdə “Protein Booster” istifadəsi məsləhət görülür. Bu terapiya həmçinin maddələr mübadiləsi pozulduqda və immun sisteminin dəstəyə ehtiyacı olduğu hallarda da effektivdir.Necə təsir edir?
Amin turşuları — zədələnmiş toxumaların bərpası və saxlanılması üçün zəruri olan zülalların “tikinti blokları”dır. “Protein Booster” damcısı orqanizmə hüceyrələrin bərpası üçün lazım olan bütün komponentləri çatdırır. Onun tərkibindəki taurin mitoxondriləri — hüceyrənin “enerji stansiyaları”nı qoruyur, bu da enerji istehsalına və ümumi fiziki gücə birbaşa təsir edir. Bundan əlavə, taurin ürək və damarların fəaliyyətinə də müsbət təsir göstərir, ürək-damar sistemini möhkəmləndirir.İmmunitet üçün faydaları
İmmun sistemi — infeksiya və xəstəliklərə qarşı əsas müdafiə mexanizmimizdir. Amma onun effektiv işləməsi üçün zülal və amin turşuları kimi resurslara ehtiyac var. Bu maddələr qida ilə orqanizmə daxil olur. Əgər onların miqdarı kifayət etməzsə, immun sistem zəifləyir, bərpa prosesi ləngiyir. “Protein Boost” amin turşuları çatışmazlığını aradan qaldıraraq, immun hüceyrələrin aktiv işləməsinə kömək edir. Bu isə xüsusilə infeksiya riski yüksək olan dövrlərdə və ya xəstəlikdən sonrakı bərpa prosesində çox vacibdir.Əgər sizin üçün sürətli bərpa və güclü immunitet vacibdirsə, “Protein Booster” damcısı sizin etibarlı yardımçınız olacaq!