-
Kişilər üçün cinsi sağlamlıq skrininqi
Kişilərdə reproduktiv funksiyanın pozulması son illərdə həm tibbi, həm də sosial baxımdan ciddi diqqət mərkəzindədir. Statistikaya görə, dünya üzrə sonsuzluq hallarında kişilərin payı 30-50%-ə qədər yüksəlir. Bu hallar çox zaman vaxtında aşkar edilən və müalicə olunan səbəblərlə bağlı olur.
“Kişilər üçün cinsi sağlamlıq skrininqi” check-up paketi reproduktiv sağlamlığınızı qiymətləndirmək, potensial riskləri aşkarlamaq və vaxtında qarşısını almaq üçün nəzərdə tutulub.
Kişi sonsuzluğuna səbəb ola biləcək əsas amillər
• Varikosel (xayaların damar genişlənməsi)
• Sidik-cinsiyyət sisteminin infeksion-iltihabi xəstəlikləri
• Zərərli vərdişlər: spirtli içkilər, siqaret, narkotik maddələr
• Peşə riskləri: yüksək və ya aşağı temperatur, kimyəvi maddələrlə təmas, şüalanma
• Psixoloji gərginlik və balanssız qidalanma
• Cinsi orqanların anadangəlmə qüsurları (kriptorxizm, hipospadiya)
• Toxum mayesinin pozulmaları (eyakulyasiya və sperma keyfiyyətində dəyişikliklər)
• İmmunoloji amillər
• Sistem xəstəlikləri: şəkərli diabet, qaraciyər sirrozu, vərəm, xroniki tənəffüs sistemi xəstəlikləri, xroniki böyrək çatışmazlığı və s.
• Keçmiş cərrahi əməliyyatlar (qasıq yırtığı, hidrosel, sidik yolları əməliyyatları)
• Kimya, şüa və hormon terapiyası
Diaqnostikanın əhəmiyyəti
• Kişi sonsuzluğunun diaqnostikası vaxtında aparıldıqda, bir çox hallarda uğurlu müalicə mümkündür.
• İlk addım həkim-androloqun müayinəsi, anamnez və risk amillərinin qiymətləndirilməsidir.
Check-up paketə daxil olan müayinələr:
- Sidiyin kliniki analizi
- Yaxmanın kliniki analizi
- Chlamydia trachomatis
- Mycoplasma genitalium
- HBsAg - kart test
- Sifilis - kart test
- Anti-HIV - kart test
- Anti-HCV - kart test
Niyə Zəfər Tibb Mərkəzində skrininq müayinələrdən keçməlisiniz?
• Təcrübəli androloqlar və infeksionistlər tərəfindən müayinə
• Beynəlxalq standartlara uyğun diaqnostika
• Məxfilik və şəxsi məlumatların qorunması
• Fərdi müalicə və profilaktika planının hazırlanması
Sağlam reproduktiv həyat, sağlam gələcəyin açarıdır.
Vaxtında skrininq – uğurlu müalicə və ailə planlamasının başlanğıcıdır.
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
