Home Chek-up
-29%
Cinsi sağlamlıq Geniş paket (Kişilər üçün)
Cinsi sağlamlıq Geniş paket (Kişilər üçün)
401.0 ₼ 282.0 ₼
Sürətli qeyd
Təsvir
  • Cinsi Sağlamlıq Geniş Check-up Paketi

    Sağlam cinsi həyat – ümumi sağlamlığın güzgüsüdür.

    Cinsi zəiflik (erektil disfunksiya) yalnız fiziki deyil, həm də psixoloji və sosial həyat keyfiyyətinə təsir edən bir problemdir.

     

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən:

    • 60 yaşdan yuxarı hər 3 kişidən 1-i
    • 35–40 yaş arası kişilərin 40%-i
    • 21 yaşdan yuxarı hər 10 kişidən 1-i
      cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir.

    Problemin vaxtında aşkarlanması və müalicəsi həyat keyfiyyətini tam bərpa etməyə imkan verir. Təəssüf ki, bir çox kişilər həkimə müraciəti gecikdirir. Halbuki, vaxtında aparılan müayinə gələcəkdə daha ciddi fəsadların qarşısını alır.

     

    Cinsi zəifliyin əsas əlamətləri

    • Ereksiyanın zəifləməsi və davam etməməsi
    • Cinsi aktın tam həyata keçirilməməsi
    • Oyanma olsa da, sərtliyin kifayət qədər olmaması
    • Cinsi aktın tez və ya nəzarətsiz başa çatması

     

    Ən çox rast gəlinən səbəblər

    Fiziki səbəblər:

    • Prostat və sidik-cinsiyyət sistemi xəstəlikləri
    • Hormonal pozuntular, şəkərli diabet
    • Ürək-damar xəstəlikləri (hipertoniya, infarkt, insult)
    • Nevroloji xəstəliklər, baş-onurğa beyninin zədələnməsi
    • Uroloji patologiyalar (Peyroni xəstəliyi, varikosele, xroniki böyrək çatışmazlığı)

    Psixoloji səbəblər:

    • Uzunmüddətli stress, yorğunluq, gərgin emosiyalar
    • Depressiya, özünə inamsızlıq
    • Cinsi həyatda ahəngsizlik və münasibət problemləri

    Digər amillər:

    • Dərmanların (antidepresantlar, antihipertenzivlər) yan təsirləri
    • Alkoqol və narkotik istifadəsi
    • Sidik-cinsiyyət orqanlarında keçmiş cərrahi əməliyyatlar

     

    Cinsi Sağlamlıq geniş paketə daxildir

    Cinsi sağlamlıq problemlərinin əsas səbəblərini aşkarlamaq üçün geniş laborator müayinələr:

    • Sidiyin kliniki analizi
    • Yaxmanın kliniki analizi

    PCR testləri:

    • Neisseria gonorrhoeae
    • Chlamydia trachomatis
    • Mycoplasma genitalium
    • Trichomonas vaginalis
    • Mycoplasma hominis
    • Gardnerella vaginalis
    • Herpes I+II
    • Ureaplasma parvum / urealyticum

    HPV skrininq 

    • HPV 6,11
    • HBsAg – kart-test
    • Sifilis – kart-test
    • Anti-HIV – kart-test
    • Anti-HCV – kart-test

    Bu paket cinsi zəifliyin səbəblərini dəqiq müəyyən etməyə, erkən müdaxilə ilə effektiv müalicə planı qurmağa imkan verir. Sağlamlığınıza vaxtında nəzarət edin, həyat keyfiyyətinizi qoruyun.

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Cinsi sağlamlıq Geniş paket (Kişilər üçün)
İstədiyiniz qeyd tarixi