Home Chek-up
-33%
Virus hepatitlərin diaqnostikası
Virus hepatitlərin diaqnostikası
210.0 ₼ 139.0 ₼
Sürətli qeyd
Təsvir
  • Virus Hepatitlərinin Diaqnostikası

    Qaraciyər sağlamlığınız həyat keyfiyyətinizin açarıdır. Virus hepatitləri isə bu həyati orqana səssizcə, bəzən illərlə özünü göstərmədən zərər vura bilər. Gecikmiş diaqnostika sirroz, qaraciyər çatışmazlığı və hətta qaraciyər xərçəngi kimi ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən vaxtında müayinə – sağlam gələcəyin ən güclü təminatıdır.

    Niyə vacibdir?

    Virus hepatitlərinin bəzi növləri bir-birini “davam etdirə” və xəstəliyin gedişini sürətləndirə bilər. Məsələn, Hepatit D yalnız Hepatit B virusu daşıyıcılarında aşkarlanır. Xüsusilə aşağıdakı qruplar mütəmadi olaraq yoxlanmalıdır:

    • Səhiyyə işçiləri
    • Hepatitli şəxslərlə eyni evdə yaşayanlar
    • Qanla təmas riski yüksək olan peşə sahibləri
    • Keçmişdə qan köçürülməsi almış şəxslər
    • Hepatit diaqnozu qoyulmuş və müalicə alan pasiyentlər (müalicə effektivliyini izləmək üçün)

    Bu check-up paketi ilə nələr öyrənəcəksiniz?

    • Ən çox yayılmış hepatit viruslarının aşkarlanması – cari və ya keçmiş infeksiyanın fərqləndirilməsi
    • Qaraciyər zədəsinin dərəcəsinin qiymətləndirilməsi – xəstəliyin hansı mərhələdə olduğunu müəyyən etmək
    • Qaraciyərin funksional və struktur vəziyyətinin araşdırılması – USM və laborator analizlərlə

    Check-up paketə daxil olan müayinələr

    • HBsAg
    • HAV IgM
    • Anti-HBc (IgG+IgM)
    • Anti-Hepatit D
    • Anti-HCV
    • ALT
    • AST
    • ÜST Abdominal USM

     

    Paketə daxil olan müayinələr haqqında ətraflı məlumat:

    • HBsAg – Hepatit B virusunun mövcudluğunu göstərir
    • HAV IgM – Kəskin Hepatit A diaqnostikası
    • Anti-HBc (IgG+IgM) – Keçirilmiş və aktiv Hepatit B infeksiyasının təyini
    • Anti-Hepatit D – Hepatit D virusuna qarşı anticisimlər
    • Anti-HCV – Hepatit C virusuna qarşı anticisimlər
    • ALT və AST – Qaraciyər fermentlərinin səviyyəsi
    • ÜST Abdominal USM – Qaraciyərin strukturu və digər qarın boşluğu orqanlarının görüntülənməsi

     “Virus Hepatitlərinin Diaqnostikası” paketi sayəsində siz sağlamlığınızı vaxtında qorumaq, xəstəliklərin erkən mərhələdə aşkarlanması və effektiv müalicəyə başlamaq imkanı qazanırsınız.

     

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Virus hepatitlərin diaqnostikası
İstədiyiniz qeyd tarixi