-
“Böyrəklərin skrininqi Maximum”
Böyrəklər orqanizmin təmizləyici stansiyasıdır. Artıq mayeni və maddələr mübadiləsinin tullantılarını bədəndən xaric edir, eyni zamanda arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır.
Lakin onların fəaliyyəti pozulduqda bu, bütün orqanizmin işinə təsir göstərir.
Erkən mərhələdə aşkarlanan böyrək problemləri çox vaxt müalicə ilə tam nəzarət altına alınır, gecikmiş hallarda isə ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə də profilaktik skrininq həyati əhəmiyyət daşıyır.Paket kimlər üçün nəzərdə tutulub?
- Şəkərli diabet və ya hipertoniya xəstəliyi olanlar
- Ailəsində böyrək xəstəliyi tarixi olan şəxslər
- Düzensiz sidiyə çıxma, ödem, bel nahiyəsində ağrı şikayətləri olanlar
- Uzunmüddətli dərman qəbul edənlər
- 40 yaşdan yuxarı şəxslər (riskin artdığı yaş qrupu)
Check-up paketə daxil olan müayinələr:
- Qanın kliniki analizi + EÇS
- Sidiyin ümumi analizi
- Kreatinin
- eGFR
- Albumin / Kreatinin nisbəti
- Sidik cövhəri
- Urea
- Qanda qalıq azot (BUN)
- Uroloji USM
- Uroloqun konsultasiyası
Pakete daxil olan müayinələr və məqsədləri
- Qanın kliniki analizi + EÇS – Orqanizmin ümumi vəziyyəti, iltihab göstəriciləri.
- Sidiyin ümumi analizi – Böyrəklərin filtrləmə funksiyası, infeksiya və kristalizasiyanın yoxlanması.
- Kreatinin – Böyrək filtrasiya qabiliyyətinin əsas göstəricilərindən biri.
- eGFR (təxmini qlomerul filtrasiya sürəti) – Böyrək funksiyasının dərəcəsini qiymətləndirir.
- Albumin / Kreatinin nisbəti – Erkən mərhələdə zülal itkisini aşkar edir.
- Sidik cövhəri – Zülal mübadiləsinin və böyrək fəaliyyətinin göstəricisi.
- Urea – Orqanizmin zülal parçalanma məhsullarının çıxarılması səviyyəsi.
- Qanda qalıq azot (BUN) – Böyrək funksiyası və bədəndə zəhərli maddələrin yığılma dərəcəsini göstərir.
- Uroloji USM – Böyrəklərin və sidik yollarının struktur vəziyyətinin görüntülənməsi.
- Uroloqun konsultasiyası – Nəticələrin peşəkar izahı və fərdi tövsiyələr.
Niyə “Böyrəklərin skrininqi Maximum” paketini seçməlisiniz?
- Erkən aşkarlama – Problemləri simptomlar yaranmadan müəyyənləşdirir.
- Hərtərəfli diaqnostika – Qan, sidik analizləri və görüntüləmə bir paketdə.
- Peşəkar məsləhət – Nəticələr təcrübəli uroloq tərəfindən izah olunur.
- Profilaktik yanaşma – Sağlam böyrəklərin qorunması üçün vaxtında tədbir imkanı.
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
