-
Əmanətiniz sağlam əllərdə olsun – Dayələr üçün xüsusi Check-up paketi
Valideyn olaraq uşağınızı əmanət etdiyiniz şəxsin sağlamlığına əmin olmaq sizin üçün ən böyük rahatlıqdır. “Əmanətiniz sağlam əllərdə olsun” adlı xüsusi check-up paketi məhz dayələr, uşaq baxıcıları və övladınızla sıx təmasda olan şəxslər üçün hazırlanıb.
Bu paket, həm sizin, həm də övladınızın sağlamlığını qorumağa yönəlmiş geniş spektrli tibbi müayinələri əhatə edir. Beləliklə, uşağınızın gündəlik həyatında ən çox ünsiyyətdə olduğu insanın yoluxucu xəstəliklər, allergik reaksiyalar və digər sağlamlıq problemləri baxımından təhlükəsiz olduğuna əmin ola bilərsiniz.
Check-up paketə daxil olan müayinələr:
- Qanın kliniki analizi + EÇS
- Nəcisin kliniki analizi
- Hepatit B, C, HIV, Sifilis (kart-test)
- Dəri patogen göbələkləri
- Narkotestlər (10 parametr)
- EKQ
- Döş qəfəsinin rentgenoqrafiyası
- Terapevtin konsultasiyası
- Dermatoloqun konsultasiyası
Müayinələr haqqında ətraflı məlumat:
- Qanın kliniki analizi + EÇS – Ümumi sağlamlıq göstəriciləri və orqanizmdə iltihab proseslərinin aşkarlanması.
- Nəcisin kliniki analizi – Bağırsaq mikroflorası və parazit infeksiyaların yoxlanması.
- Hepatit B, C, HIV, Sifilis (kart-test) – Yoluxucu virus və cinsi yolla keçən xəstəliklərin aşkarlanması.
- Dəri patogen göbələkləri – Dəri yoluxucu xəstəliklərinin müəyyən edilməsi.
- Narkotestlər (10 parametr) – Narkotik maddələrin istifadəsinə dair yoxlama.
- EKQ (Elektrokardioqrafiya) – Ürək fəaliyyətinin qiymətləndirilməsi.
- Döş qəfəsinin rentgenoqrafiyası – Ağciyər və tənəffüs sistemi sağlamlığının yoxlanması.
- Terapevtin konsultasiyası – Ümumi müayinələrin nəticələrinin tibbi izahı və tövsiyələr.
- Dermatoloqun konsultasiyası – Dəri sağlamlığı ilə bağlı peşəkar məsləhət.
Niyə bu paket vacibdir?
Uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onlar yoluxucu xəstəliklərə daha həssasdır. Bu səbəbdən uşağa baxan şəxsin sağlamlıq vəziyyəti valideynin prioriteti olmalıdır. Zəfər Tibb Mərkəzində aparılan müayinələr yalnız potensial xəstəlikləri aşkarlamaqla kifayətlənmir, həm də onların qarşısının vaxtında alınmasına kömək edir.
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
