-
Müasir həyat tərzi, sürətli qida seçimləri və stressli iş rejimi çox vaxt sağlamlıq problemlərinin əsas səbəblərinə çevrilir. Artıq çəki, maddələr mübadiləsinin pozulması, vitamin-mineral çatışmazlıqları və hormonal disbalanslar yalnız görünüşümüzə deyil, ümumi həyat keyfiyyətimizə də təsir edir.
Zəfər Tibb Mərkəzinin Dietoloji Check-up Paketi sağlamlıq vəziyyətinizi ətraflı qiymətləndirərək, sizin üçün düzgün qidalanma strategiyasını müəyyənləşdirməyə kömək edir.Bu paket yalnız çəkini ölçmək deyil, orqanizminizin dərin “sağlamlıq xəritəsini” çıxarmaq məqsədi daşıyır.
Check-up paketə daxil olan müayinələr:
- Qanın kliniki analizi + EÇS
- Sidiyin kliniki analizi
- Lipid panel
- Qlükoza
- İnsulin
- İnsulin rezistentliyi
- TSH
- Vitamin D
- Ferritin
- B12
- Sidik turşusu
- Kortizol (sutkalıq sidikdə)
- ALT
- AST
- QQT
- Dietoloqun konsultasiyası
Paketə daxil olan müayinələr və onların əhəmiyyəti
- Qanın kliniki analizi + EÇS – İltihab göstəricilərini, qan hüceyrələrinin vəziyyətini və ümumi sağlamlıq göstəricilərinizi müəyyən edir.
- Sidiyin kliniki analizi – Böyrəklər və sidik yollarının sağlamlığını qiymətləndirir.
- Lipid panel – Xolesterin və trigliserid səviyyələrini ölçərək ürək-damar xəstəlikləri riskini müəyyənləşdirir.
- Qlükoza, insulin, insulin rezistentliyi – Şəkər mübadiləsini yoxlayır, diabet və metabolik sindrom riskini öncədən aşkarlayır.
- TSH (tiroid stimullaşdırıcı hormon) – Maddələr mübadiləsini idarə edən qalxanabənzər vəzinin fəaliyyətini qiymətləndirir.
- Vitamin D, Ferritin, B12 – Sümük sağlamlığı, enerji səviyyəsi və immunitet üçün həyati əhəmiyyət daşıyan vitamin-mineral ehtiyatlarını ölçür.
- Sidik turşusu – Oynaqlar və metabolik balans üçün önəmli göstəricidir, qiqt riskini müəyyənləşdirir.
- Kortizol (sutkalıq sidikdə) – Stress hormonunun səviyyəsini təhlil edərək hormon balansını qiymətləndirir.
- ALT, AST, QQT – Qaraciyər funksiyalarını və zülal mübadiləsini göstərir.
- Dietoloqun konsultasiyası – Müayinələrin nəticələrinə əsaslanaraq, sizin üçün fərdi qidalanma planı və həyat tərzi tövsiyələri hazırlanır.
Kimlər üçün tövsiyə olunur?
- Artıq çəki və piylənmə problemi yaşayanlar
- Şəkərli diabet və ya insulin rezistentliyi riski olanlar
- Yorğunluq, halsızlıq və vitamin çatışmazlığı hiss edənlər
- Hormonal pozğunluq və maddələr mübadiləsi problemləri olanlar
- Sağlam qidalanmaq və forma saxlamaq istəyən hər kəs
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
