Home Chek-up
-31%
Ofis işçiləri üçün check-up
Ofis işçiləri üçün check-up
349.0 ₼ 239.0 ₼
Sürətli qeyd
Təsvir
  • Müasir iş həyatı getdikcə daha çox oturaq rejimə çevrilir. Ofisdə saatlarla kompüter qarşısında işləmək, hərəkətsiz qalmaq və qapalı məkanda çox vaxt keçirmək sağlamlığımız üçün düşündüyümüzdən daha ciddi risklər yaradır.

    Oturaq həyat tərzinin görünməyən təhlükələri

    Uzun müddət hərəkətsiz qalmaq qan dövranını zəiflədir, əzələləri zəiflədir və ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Eyni zamanda:

    • Osteoporoz – sümüklərin kövrəkləşməsi
    • Göz problemləri – ekran qarşısında çox qalmaq nəticəsində görmə zəifliyi və göz yorğunluğu
    • Vitamin D çatışmazlığı – qapalı məkanda günəş işığından uzaq qalmaq immunitetin zəifləməsinə və sümük sağlamlığının pozulmasına səbəb olur

    Bu problemlərin əksəriyyəti erkən mərhələdə aşkarlanarsa, qarşısını almaq mümkündür. Məhz buna görə profilaktik müayinə  yəni check-up  sağlamlıq üçün ən ağıllı addımdır.

    Bu paket ofis şəraitində çalışan insanların sağlamlıq risklərini nəzərə alaraq xüsusi olaraq hazırlanıb. Müayinələr, həm orqanizmin ümumi vəziyyətini qiymətləndirməyə, həm də oturaq həyat tərzindən qaynaqlanan gizli problemləri aşkarlamağa kömək edir.

    Check-up paketə daxil olan müayinələr:

    • Qanın kliniki analizi + EÇS
    • Qlükoza
    • Kreatinin
    • ALT
    • AST
    • Vitamin D
    • Kalsium (Ca)
    • Lipid spektri
    • EKQ
    • Döş qəfəsinin rentgenoqrafiyası
    • Qarın boşluğunun USM-i
    • Terapevtin konsultasiyası
    • Oftalmoloqun konsultasiyası

    İldə bir dəfə check-up keçmək, gələcəkdə bahalı və uzunmüddətli müalicələrdən sizi qoruyur.

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

     

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Ofis işçiləri üçün check-up
İstədiyiniz qeyd tarixi