-
Saç tökülməsi təkcə estetik görünüşə təsir etmir, həm də orqanizmdə gedən gizli proseslərin xəbərçisi ola bilər. Stress, hormonal dəyişikliklər, vitamin-mineral çatışmazlığı, qalxanabənzər vəzin pozğunluqları və hətta gizli gedən xroniki xəstəliklər saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər.
Zəfər Tibb Mərkəzinin “Saç tökülməsi müayinəsi” check-up paketi məhz bu səbəbi müəyyənləşdirmək üçün hazırlanıb.Bu paket vasitəsilə siz saç tökülməsinin arxasında dayanan əsas faktorları müəyyən edəcək, həkimlərin dəqiq diaqnozu ilə problemin qarşısını vaxtında ala biləcəksiniz.
Check-up paketə daxil olan müayinələr:
- Qanın kliniki analizi + EÇS
- Dəmir (Fe)
- Ferritin
- Fol turşusu (B9)
- Kalsium (Ca)
- Maqnezium (Mg)
- Fosfor (P)
- Vitamin D
- TSH
- Testosteron
- Dermatoloqun konsultasiyası
- Endokrinoloqun konsultasiyası
Niyə bu müayinəni seçməlisiniz?
-
Saç tökülməsinin səbəbini dəqiq öyrənəcəksiniz
-
Problemi erkən mərhələdə aşkarlayıb qarşısını ala biləcəksiniz
-
Həm laborator, həm də həkim konsultasiyaları eyni paketdə
-
Qısa zamanda nəticə və fərdi müalicə planı
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
