Home Chek-up
-27%
Sümüklərin skrininqi
Sümüklərin skrininqi
199.0 ₼ 144.0 ₼
Sürətli qeyd
Təsvir
  • Sümük sağlamlığı orqanizmin dayanıqlılığını və hərəkət azadlığını təmin edən əsas amillərdən biridir. Zamanla yaşlanma, düzgün qidalanmama, hormonal dəyişikliklər, D vitamini çatışmazlığı və ya revmatizm kimi xəstəliklər sümüklərin zəifləməsinə və ciddi fəsadlara səbəb ola bilər. Bu problemləri vaxtında aşkar etmək və qarşısını almaq üçün Zəfər Tibb Mərkəzinin "Sümüklərin skrininqi" Check-up paketi peşəkar yanaşmanı təmin edir.

    Niyə sümük müayinəsi vacibdir?

    • Revmatizm və digər oynaq xəstəliklərinin erkən aşkarlanması – Revmatizm streptokok infeksiyası sonrası yaranan birləşdirici toxuma iltihabıdır. Əsasən ürək, damarlar və oynaqlara təsir göstərir və vaxtında müalicə olunmadıqda xroniki xarakter alır.
    • Osteoporozun qarşısının alınması – Sümük sıxlığının azalması illərlə simptomsuz irəliləyir və yalnız qırıq riski artdıqda özünü göstərir.
    • D vitamininin və mineralların balansının yoxlanılması – Sümük sağlamlığında D vitamini, kalsium və fosfor balansı həlledici rol oynayır.
    • Hormonal faktorların qiymətləndirilməsi – Xüsusilə qadınlarda hormonal dəyişikliklər sümük sağlamlığına birbaşa təsir edir.

    Check-up paketə daxil olan müayinələr:

    • 25-OH Vitamin D
    • Kalsium
    • İonlaşmış kalsium
    • Fosfor
    • Qələvi fosfataza (ALP)
    • PTH
    • Estradiol
    • Bel fəqərələrinin rentgenoqrafiyası

    Kimlər üçün tövsiyə olunur:

    • Revmatizm və ya digər oynaq problemlərindən əziyyət çəkənlər
    • Sümük ağrıları və ya tez-tez qırıq yaşayanlar
    • Menopauza dövründə olan qadınlar
    • Vitamin D və kalsium çatışmazlığı olan şəxslər
    • Profilaktik olaraq sümük sağlamlığını qorumaq istəyən hər kəs

    Müayinələr nə qədər erkən aparılarsa, sümük sağlamlığınızı qorumaq və gələcəkdə ciddi fəsadların qarşısını almaq bir o qədər asan olacaq!

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Sümüklərin skrininqi
İstədiyiniz qeyd tarixi