-
Şəkərli diabet qanda qlükoza (şəkər) səviyyəsinin normadan yüksək olması ilə xarakterizə olunan və dünya əhalisinin böyük bir hissəsində müşahidə edilən xroniki xəstəlikdir. Erkən mərhələlərdə əksər hallarda simptomsuz keçdiyinə görə bəzən insanlar tərəfindən yüngül və ciddi risk daşımayan bir hal kimi qəbul edilir. Lakin əslində, vaxtında diaqnoz və müalicə aparılmadıqda diabet tədricən bütün orqanizmə təsir edir, böyrəkləri, sinir sistemini, gözləri zədələyir və həmçinin infarkt, insult kimi həyati təhlükəli fəsadların riskini artırır.
Daimi nəzarət və mütəmadi müayinələr isə xəstəliyin erkən mərhələdə aşkarlanmasına və ciddi ağırlaşmaların qarşısının alınmasına imkan verir.
Check-up paketə daxil olan müayinələr:
- Qlikohemoqlobin
- Qlükoza
- İnsulin
- İnsulin rezistentliyi
- Endokrinoloqun konsultasiyası
Kimlər bu paketi seçməlidir?
- Daimi yorğunluq, tez-tez susuzluq və ya iştah dəyişikliyi hiss edənlər
- Ailəsində şəkərli diabet tarixi olanlar
- Artıq çəkidən və ya insulin rezistentliyindən əziyyət çəkənlər
- Hamiləliyə hazırlaşan qadınlar
- Ümumi sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq istəyən hər kəs
Niyə erkən müayinə vacibdir?
Diabet yalnız yüksək qan şəkəri ilə məhdudlaşmır. Müalicə olunmadıqda damar zədələnmələrinə, böyrək çatışmazlığına, görmə itkisinə, sinir sistemində pozulmalara və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Erkən diaqnoz isə bu fəsadların qarşısını almağa və sağlam həyat keyfiyyətini qorumağa kömək edir.
Vaxtında müayinədən keçin və sağlamlığınızı nəzarətdə saxlayın. Zəfər Tibb Mərkəzində təqdim olunan Şəkərli diabet Check-up paketi ilə riskləri vaxtında aşkarlayın və mütəxəssis dəstəyi ilə sağlamlığınızı qoruyun!
Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
(+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.
