Home Chek-up
-35%
Böyrəklərin skrininqi
Böyrəklərin skrininqi
132.0 ₼ 85.0 ₼
Sürətli qeyd
Təsvir
  • Böyrəklər orqanizmin ən vacib filtrasiya orqanlarından biridir. Onlar maddələr mübadiləsinin lazımsız məhsullarını və artıq mayeni bədəndən xaric edir, elektrolit balansını qoruyur və arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Böyrəklərin normal fəaliyyətində baş verən hər hansı bir pozuntu isə bütün orqanizmin işinə mənfi təsir göstərir.

    Təəssüf ki, böyrək xəstəlikləri ilkin mərhələdə çox vaxt simptomsuz keçir. Buna görə də profilaktik müayinələr böyrək funksiyalarındakı dəyişiklikləri vaxtında aşkarlamağa və ciddi fəsadların qarşısını almağa kömək edir.

     

    Check-up paketə daxil olan müayinələr:

    • Qanın kliniki analizi + EÇS
    • Sidiyin ümumi analizi
    • Kreatinin
    • Ümumi zülal
    • Uroloji USM
    • Uroloqun konsultasiyası

     

    Kimlər bu paketi keçməlidir?

    • Böyrək xəstəliklərinə meyilli şəxslər
    • Tez-tez bel nahiyəsində ağrı hiss edənlər
    • Tez-tez sidik yolu infeksiyaları keçirənlər
    • Şəkərli diabet və ya yüksək təzyiqi olanlar
    • Sağlamlığını profilaktik olaraq yoxlatdırmaq istəyən hər kəs

     

    Niyə bu Check-up vacibdir?

    Vaxtında aparılan böyrək müayinəsi:

    • Xroniki böyrək xəstəliklərinin erkən diaqnostikasına imkan verir
    • Arterial təzyiqin və maddələr mübadiləsinin idarə olunmasına dəstək olur
    • Böyrək daşlarının və sidik yolları problemlərinin qarşısını alır
    • Ümumi sağlamlıq risklərini azaldır

     

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Böyrəklərin skrininqi
İstədiyiniz qeyd tarixi