Home Chek-up
-31%
Ürəyinizin ritmini dəyişməyin (Maximum)
Ürəyinizin ritmini dəyişməyin (Maximum)
209.0 ₼ 144.0 ₼
Sürətli qeyd
Təsvir
  • Ürək-damar sistemi Check-up paketi

    Müasir dövrdə ürək-damar sistemi xəstəlikləri Azərbaycanda və bütün dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Statistikaya görə, bu xəstəliklər son illərdə daha da “cavanlaşıb” və artıq 40 yaşdan yuxarı şəxslərdə daha tez-tez müşahidə olunur.

    Ən çox rast gəlinən problemlərdən biri aterosklerozdur. Bu zaman damarların daxili divarlarında xolesterin və digər yağabənzər maddələr yığılır, damar divarı qalınlaşır və elastikliyini itirir. Nəticədə damarlar daralır, ürək, beyin və digər həyati orqanların qanla təchizatı zəifləyir.

    Aterosklerozun yaratdığı fəsadlar:

    • İnfarkt: Adətən kişilərdə 55-65, qadınlarda isə 60-70 yaş arasında rast gəlinir.
    • Stenokardiya: Ürək nahiyəsində sıxılma, ağırlıq və ağrı hissi ilə müşayiət olunur.
    • Kardioskleroz: Ürək əzələlərində çapıq toxumasının artması nəticəsində aritmiya və ürək çatışmazlığı yaranır.
    • İnsult: Beyin damarlarının tutulması nəticəsində baş verir və yaddaş pozğunluğu, əqli fəaliyyətin zəifləməsi ilə nəticələnə bilər.
    • Aşağı ətraf damarlarının aterosklerozu: Gəzinti zamanı ağrı və “qarışqa gəzməsi” hissi ilə müşahidə olunan fasiləli axsama.

    Ateroskleroz uzun müddət heç bir əlamət verməyə bilər. Buna görə də diaqnostika və profilaktika ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.

    Profilaktika və risklərin azaldılması

    Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etmək vacibdir:

    • Düzgün və vaxtında tibbi müayinələrdən keçmək
    • Siqaret və alkoqoldan imtina etmək
    • Arterial təzyiqi və qanda şəkəri nəzarətdə saxlamaq
    • Düzgün qidalanma: yağlı və duzlu yeməkləri azaltmaq, tərəvəz, meyvə və yağsız qidalara üstünlük vermək
    • Fiziki aktivliyi artırmaq
    • Artıq çəkini aradan qaldırmaq
    • Gərginlik və stressi minimuma endirmək

     

    Check-up paketə daxil olan müayinələr:

    • Qanın kliniki analizi + EÇS
    • Protrombin müddəti (Index+INR)
    • Kreatinin
    • LDH
    • Lipid spektri
    • EKQ
    • Exo - kardioqrafiya
    • Kardioloqun konsultasiyası

     

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.

    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Ürəyinizin ritmini dəyişməyin (Maximum)
İstədiyiniz qeyd tarixi