Home Chek-up
-25%
Ana olmaq istəyirəm
Ana olmaq istəyirəm
537.0 ₼ 399.0 ₼
Sürətli qeyd
Təsvir
  • Sağlam hamiləlik və sağlam körpə üçün ən vacib şərt ananın sağlamlığına vaxtında nəzarət etməsidir. Hamiləlik dövründə aşkarlanan bir sıra patologiyalar körpənin inkişafına təsir göstərə, hətta düşüklərə səbəb ola bilər. Planlı şəkildə hamiləliyə hazırlaşmaq və bədəni öncədən hazırlamaq həm ana, həm də körpə üçün riskləri minimuma endirir.

    Zəfər Tibb Mərkəzinin “Ana olmaq istəyirəm” Check-up paketi xüsusi olaraq hamiləlik planlayan qadınlar üçün hazırlanıb. Bu paket vasitəsilə orqanizmdə hormon balansından infeksiyalara qədər bir çox vacib göstəricini öyrənmək mümkündür.

     

    Pakete daxil olan müayinələr

    Bu Check-up, həm ümumi sağlamlıq vəziyyətini, həm də reproduktiv sağlamlığı ətraflı qiymətləndirən geniş spektrli müayinələri əhatə edir:

    • Qanın kliniki analizi + EÇS — ümumi sağlamlıq göstəricilərinin qiymətləndirilməsi
    • Sidiyin kliniki analizi — böyrək və sidik yollarının vəziyyətinin yoxlanılması
    • Anti-HCV, HBsAg, Anti-HIV, Sifilis (express) — infeksion xəstəliklərin aşkarlanması
    • Qan qrupu və rezus faktor — hamiləlik zamanı uyğunluq risklərinin müəyyən edilməsi
    • LH, FSH, Prolaktin — yumurtlama və hormonal balansın qiymətləndirilməsi
    • TSH, T4 — qalxanabənzər vəzi funksiyasının yoxlanılması
    • Mycoplasma hominis, Mycoplasma genitalium, CMV, Herpes I+II, Ureaplasma parvum/urealyticum PCR- reproduktiv sistem infeksiyalarının aşkarlanması
    • Yaxmanın kliniki analizi — ginekoloji sağlamlıq müayinəsi
    • Uroloji USM — sidik-cinsiyyət sisteminin ultrasəs yoxlaması
    • Ginekoloji (transvaginal) USM — uşaqlıq və yumurtalıqların vəziyyətinin qiymətləndirilməsi
    • Kariotip analizi — xromosom anomaliyalarının aşkarlanması

     

    Niyə bu paket vacibdir?

    • Sağlam hamiləlik planlaması
    • Körpənin inkişafına risk yaradan amillərin öncədən aşkarlanması
    • Hormonal və genetik göstəricilərin dəqiq analizi
    • Müalicə və önləyici tədbirlərin vaxtında həyata keçirilməsi

     

    Check-up müayinələr üçün öncədən qeydiyyatdan keçmək mütləqdir.
    (+99451) 290 66 11 / (+99451) 290 66 17 whatsapp və ya zəng vasitəsilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Ana olmaq istəyirəm
İstədiyiniz qeyd tarixi