Home İV terapiya
Neyropatiya+encefalopatiyta
Neyropatiya+encefalopatiyta
69.0 ₼
Sürətli qeyd
Təsvir
  • Sinir sistemi ilə bağlı olan neyropatiya və ensefalopatiya kimi xəstəliklər insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Bu hallar xroniki yorğunluq, keyləşmə, baş ağrıları, yaddaş pozğunluğu və koordinasiya problemləri ilə müşayiət oluna bilər. Bu xəstəliklərin müasir müalicə üsullarından biri IV terapiyadır. Bu terapiya sinir toxumalarının qidalanmasını bərpa etməyə, qan dövranını yaxşılaşdırmağa və sinir hüceyrələrini qorumağa müsbət təsir edir. 

    Neyropatiya və ensefalopatiya nədir?

    • Neyropatiya – periferik sinirlərin zədələnməsidir. Əlamətləri arasında keylik, iynələnmə, ağrı, ətraflarda zəiflik yer alır. Bu hal çox zaman şəkərli diabet, vitamin çatışmazlığı, toksiki təsirlər və ya infeksiyalardan sonra yaranır.
    • Ensefalopatiya – beynin xroniki və ya kəskin zədələnməsidir. Səbəbləri arasında qan dövranı pozğunluğu, oksigen çatışmazlığı, toksinlər, travmalar və maddələr mübadiləsi pozğunluqları ola bilər. Ensefalopatiyanın özünü əsasən baş ağrısı, əsəbilik, yaddaş zəifləməsi, yuxusuzluq, başgicəllənmə və s. kimi əlamətlərlə biruzə verir.

    Neyropatiya və Ensefalopatiya üçün IV Terapiyanın üstünlükləri: 

    • Beynin və sinirlərin qan dövranını yaxşılaşdırır-Damar genişləndirici və nootrop preparatlar sayəsində beyin və sinir hüceyrələrinin qidalanması yaxşılaşır.
    • B qrup vitaminlərinin çatışmazlığını bərpa edir- B1, B6 və B12 vitaminləri sinir sisteminin funksiyası üçün həyati əhəmiyyət daşıyır. Damar yolu ilə tətbiq edilən bu vitaminlər orqanizmdəki səviyyələrini sürətlə bərpa edir.
    • Antioksidant müdafiə- Qlutatyon, alfa-lipo turşusu, C vitamini kimi maddələr sinir hüceyrələrini oksidativ stressdən və zərərli toksinlərdən qoruyur.
    • Detoksikasiya və maddələr mübadiləsinin bərpası- Amin turşuları, qaraciyər qoruyucuları və mikroelementlərdən ibarət məhlullar orqanizmdə toksinlərin xaric olunmasına və maddələr mübadiləsinin normallaşmasına kömək edir.

    IV terapiya kimlər üçün tövsiyə olunur?

    • Şəkərli diabet fonunda yaranan neyropatiyası olan şəxslər

    • Xroniki yorğunluq, başgicəllənmə, qulaqlarda səs kimi əlamətlər yaşayanlar

    • İnsult və ya kəllə-beyin travması keçirmiş şəxslər

    • Alkoqol və ya toksiki maddələrin təsiri ilə yaranan ensefalopatiyası olanlar

    • Yaddaş zəifləməsi və idrak problemləri olan yaşlılar

    • Virus və ya bakterial infeksiyalardan sonra (məsələn, COVID-19) bərpa dövründə olanlar

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Neyropatiya+encefalopatiyta
İstədiyiniz qeyd tarixi