-
Kişilər tez-tez güclü emosional və psixoloji yüklənmələrə məruz qalır. Bu, bəzən qeyri-sağlam qidalanma və alkoqolun həddindən artıq istifadəsi ilə müşayiət olunur. Nəticədə orqanizm “qaç və ya döyüş” stres rejiminə keçir. Bu vəziyyətdə kortizol kimi stress hormonlarının səviyyəsi artır və bu da qarın nahiyəsində piylənməyə səbəb olur. Ardınca arterial təzyiq yüksəlir, iş məhsuldarlığı azalır, xroniki yorğunluq yaranır, testosteron səviyyəsi və cinsi istək aşağı düşür, seksual funksiyalar zəifləyir. Kişilər getdikcə emosional cəhətdən qeyri-sabit və əsəbi olurlar.
Zəfər Tibb Mərkəzində kişi sağlamlığı üçün hazırlanmış IV terapiyanın tərkibinə yalnız orqanizm üçün təbii olan maddələr daxildir — vitaminlər, amin turşuları və mikroelementlər, hansı ki, kişilərdə mikronutrient çatışmazlığını aradan qaldıraraq:
- damarların möhkəmlənməsinə,
- immun sistemin güclənməsinə,
- zehni (koqnitiv) funksiyaların yaxşılaşmasına təsir göstərir.
Əvvəlcə orqanizmin əsas göstəriciləri qiymətləndirilir, daha sonra fərdi şəkildə hazırlanmış infuzion "kokteyllər" təyin olunur.
Kişi sağlamlığı üçün 3 əsas istiqamət üzrə IV terapiya növü mövcuddur.
- Androgen stimullaşdırılması – testosteron istehsalının dəstəklənməsi
- Stresdən qoruma (stresoproteksiya)
- Detoksifikasiya – toksinlərin orqanizmdən çıxarılması
Kişi sağlamlığı üçün IV terapiyanın üstünlükləri:
- Məhsuldarlığı artırır
- Hormonal balansı tənzimləyir
- Yuxu rejimini normaya salır
- Stressə dözümlülüyü artırır
- Yeni məqsədlər qoymaq və həyata keçirmək üçün motivasiya yaradır
- Emosional və fiziki yüklənmələrə dözümlülüyü artırır
- Xroniki yorğunluğu aradan qaldırır
- Zehni çevikliyi və yaddaşı gücləndirir
Kişi sağlamlığı üçün IV terapiya kimlər üçün tövsiyə olunur?
- 35 yaşdan yuxarı kişilər- Bu yaşdan sonra orqanizmdə testosteron səviyyəsi tədricən azalır, metabolik proseslər zəifləyir və xroniki yorğunluq daha tez-tez özünü göstərir. IV terapiya bu dəyişikliklərin qarşısını almağa kömək edir.
- Yüksək stres və emosional gərginlik yaşayan kişilər-Məsuliyyətli və gərgin işdə çalışan, tez-tez emosional yüklənmə yaşayan kişilər üçün infuziya vasitəsilə stressdən qorunma və sinir sisteminin bərpası olduqca faydalıdır.
- Xroniki yorğunluq və enerji çatışmazlığı olanlar-Bədənində güc və enerji əskikliyi hiss edən, yuxudan sonra belə özünü yorğun hiss edən kişilərə IV terapiya ilə enerji balansı bərpa olunur.
- Libido və potensiyada azalma yaşayanlar-Cinsi istək və ereksiya zəifliyindən əziyyət çəkən kişilər üçün, hormon balansını və qan dövranını dəstəkləyən infuziya proqramları effektivdir.
- Yaddaş və diqqət zəifliyi olanlar-Beyin fəaliyyətinin zəifləməsi, fokuslanma çətinliyi və diqqətin dağılması kimi hallarda kapelyar terapiya faydalı olur.
- Spirtli içkilərdən tez-tez istifadə edən kişilər-Alkoqol orqanizmdə vitamin və mineralların tükənməsinə, qaraciyərin yüklənməsinə səbəb olur. IV terapiya detoksikasiya və bərpa üçün ideal seçimdir.
- İmmunitet zəifliyi olanlar-Tez-tez xəstələnən, infeksiyalara qarşı müqaviməti azalmış kişilər üçün IV vitamin və mikroelement dəstəyi vacibdir.
- Arıqlamaq və metabolizmini sürətləndirmək istəyənlər-Yağ mübadiləsini aktivləşdirən tərkibli kapelyar infuziyalar artıq çəkidən azad olmağa yardımçı ola bilər.