Home İV terapiya
Anemiya
Anemiya
49.0 ₼
Sürətli qeyd
Təsvir
  • Anemiya — orqanizmdə hemoqlobinin və ya qırmızı qan hüceyrələrinin azalması ilə xarakterizə olunan bir vəziyyətdir. Ən çox rast gəlinən növü dəmir çatışmazlığı anemiyasıdır. Bu vəziyyət yorğunluq, başgicəllənmə, halsızlıq, diqqət pozğunluğu və ümumi həyat keyfiyyətinin aşağı düşməsi ilə müşahidə olunur.

    Dəmirin dərman vasitələri ilə qəbulu bəzi hallarda kifayət etmir və ya orqanizm bu formadakı dəmiri mənimsəyə bilmir. IV terapiya isə daha tez, effektiv və bioloji əlçatan nəticə verir.

    Qısa zaman ərzində enerjinizi bərpa etmək, özünüzü daha canlı və güclü hiss etmək istəyirsinizsə, bu müasir və təhlükəsiz metodu dəyərləndirə bilərsiniz.

    Anemiya zamanı IV terapiyanın əsas üstünlükləri:

    • Hemoqlobin və ferritin səviyyəsini sürətli bərpa edir
    • Orqanizmin enerji və müqavimət səviyyəsini artırır
    • Həzm sisteminə yük salmadan dəmirin tam mənimsənilməsini təmin edir
    • Dərman preparatlarına qarşı həssaslıq və ya mənimsəmə problemi olan şəxslər üçün ideal vasitədir
    • Ən ağır dərəcəli anemiyalarda belə effektiv təsir göstərir

    Kimlər üçün uyğundur?

    • Qan analizində hemoglobin və ferritin səviyyəsi aşağı olanlar
    • Həzm sistemində dəmirin mənimsənmə problemi olanlar (məs., qastrit, kolit, çölyak və s.)
    • Hamiləlikdən əvvəl və ya sonra dəmir ehtiyacı artan qadınlar
    • Cərrahiyyə öncəsi və sonrası qan ehtiyatı zəif olan pasiyentlər
    • Vegetarian və ya balanssız qidalanma nəticəsində dəmir əskikliyi yaşayanlar

     

     

Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Anemiya
İstədiyiniz qeyd tarixi