Home İV terapiya
Stomatoloji
Stomatoloji
79.0 ₼
Sürətli qeyd
Təsvir
  • Stomatologiyada ən geniş yayılmış IV terapiya növü Sedasiya və anesteziya üçün istifadə olunur. Xüsusilə qorxu və stress yaşayan pasiyentlərə (məsələn, diş çəkimi, implant və ya cərrahi müdaxilələr zamanı) damar yolu ilə sakitləşdirici və ya anesteziya verilir. Bu, pasiyentin ağrı hiss etmədən və stress olmadan proseduru keçirməsinə imkan verir. Bəzi estetik və funksional stomatoloji prosedurlardan sonra orqanizmin reabilitasiyası üçün elektrolit və maye balansının bərpası üçün IV terapiya istifadə oluna bilər. Uzunmüddətli və travmatik ağız-cərrahiyyə əməliyyatlarından sonra pasiyentin qidalanması və dərman qəbulu çətinləşə bilər. Bu hallarda IV qidalanma və ya dərman müalicəsi istifadə edilə bilər.

    Zəfər Tibb Mərkəzinsə tətbiq olunan stomatoloji IV terapiya, kosmetik klinikalarda təqdim olunan “beauty drip” və ya skincare üçün IV terapiyadan fərqlidir. Bu IV terapiya növü daha çox tibbi məqsədlə istifadə olunur, yəni sedasiya, iltihabəleyhinə müalicə və ya cərrahiyyə sonrası bərpa üçün tətbiq olunur.

    Stomatologiyada IV terapiyanın hansı üstünlükləri var? 

    • Ağrısız və stresssizdir, pasiyentlər diş çəkimi, implantasiya və digər ağız-cərrahiyyə əməliyyatlarını ağrı və qorxu hiss etmədən keçirə bilirlər.
    • Diş həkimindən qorxan və ya keçmişdə travmatik təcrübəsi olan insanlar üçün rahatlıq təmin edir.
    • Dərmanlar birbaşa qana verildiyi üçün onların təsiri daha tez və effektiv olur.
    • Uzunmüddətli prosedurlardan sonra elektrolit balansının bərpası, maye itkisini kompensasiya etmək və immun sistemi gücləndirmək üçün istifadə olunur.
    • Əməliyyatdan sonra qida qəbulunda çətinlik yaşayan pasiyentlərə lazım olan vitamin və minerallar damar yolu ilə verilir.
    • İltihabəleyhinə və infeksiyaya qarşı təsir gücünə malikdir.

    Stomatologiyada IV terapiya kimlər üçün tövsiyə olunur? 

    • Diş həkimindən güclü qorxu və ya narahatlıq yaşayanlar
    • İnkişaf etmiş və ağrılı stomatoloji problemləri olanlar
    • Uzunmüddətli və travmatik əməliyyat keçirən pasiyentlər
    • Qidalanma və dərman qəbulunda çətinlik çəkənlər 
    • Allergik reaksiya riski olanlar 
    • İmmuniteti zəif olan və tez bərpaya ehtiyacı olan şəxslər
Konsultasiya

Telefon nömrənizi yazın və sizə zəng edəcəyik


İstədiyiniz qeyd tarixi


Rəy yazın
There is no requested mail form.
Sürətli qeyd

Telefon nömrənizi buraxın
və menecer sizinlə əlaqə quracaq

Stomatoloji
İstədiyiniz qeyd tarixi