-
Immune Booster terapiyası orqanizmin immun sistemini gücləndirmək, xəstəliklərə qarşı müqaviməti artırmaq və sağalma prosesini sürətləndirmək üçün hazırlanmış güclü bir intravenoz müalicə protokoludur.
Bu terapiya vitaminlər, antioksidantlar, minerallar və mikroelementlərlə zəngin xüsu hazırlanmış damar daxili maye qarışığından ibarətdir. Tərkibindəki maddələr birbaşa qan dövranına daxil olduğu üçün onların hüceyrələrə çatma və təsiretmə sürəti maksimuma çatır.Immune Booster terapiyamız həkim nəzarətində, fərdi ehtiyaclara uyğun dozalarla təyin olunur. Hər bir xəstənin sağlamlıq vəziyyəti qiymətləndirilir və terapiya ona uyğun tənzimlənir.
Immune Booster tərkibində nələr var?
- Yüksək dozalı C vitamini – güclü antioksidant təsiri ilə immun hüceyrələrinin aktivləşməsini sürətləndirir.
- B qrupu vitaminləri – enerjini artıraraq sinir sistemini gücləndirir.
- Sink və Selen – immun sistemin əsas müdafiə komponentləridir.
- Maqnezium və elektrolitlər – əzələ və sinir sistemi funksiyalarının tənzimlənməsinə dəstək olur.
- Digər antioksidantlar – hüceyrələrin qorunması və toksinlərin zərərsizləşdirilməsi üçün çox önəmli rola malikdir.
Immune Booster terapiyasının əsas üstünlükləri:
- İmmunitet sistemini gücləndirir
- Xəstəliklərdən sağalma müddətini qısaldır
- Xəstəliklərə qarşı profilaktik qorunma imkanı yaradır
- Bədənin özünü bərpaetmə qabiliyyətini gücləndirir.
- Cərrahi əməliyyatlardan öncə və sonra immun sistemini dəstəkləyərək, sağalma prosesini sürətləndirir və infeksiya riskini azaldır.
- Enerji səviyyəsini yüksəldir, xroniki yorğunluq və halsızlığı azaldır.
- Streslə mübarizəni asanlaşdırır, yuxu keyfiyyətini yaxşılaşdırır.
- Detoksifikasiyaedici təsiri ilə toksinlərin bədəndən çıxarılmasına dəstək olur.
Immune Booster kimlər üçün uyğundur?
- İmmun sistemini profilaktik olaraq gücləndirmək istəyən sağlam şəxslər
- Müalicə prosesində olan və tez sağalmaq istəyən xəstələr
- İdmançılar və yüksək fiziki aktivliyə malik insanlar
- Stress, yuxusuzluq və yorğunluq yaşayanlar