-
Ödəm, yəni bədəndə artıq maye toplanması , müxtəlif səbəblərdən, o cümlədən ürək-damar, böyrək, limfa və sinir sistemi pozğunluqları fonunda yarana bilər. Həmçinin stress, yuxusuzluq, azhərəkətli həyat tərzi və bəzi dərmanlar da bu problemi dərinləşdirə bilər.
Bu halda IV terapiya ödəmin azaldılması və bədən balansının bərpa olunmasında mühüm rol oynayır.
Ödəmə qarşı IV terapiya kimlər üçün tövsiyə olunur?
- Üz, ayaq və ya bədənin digər hissələrində şişkinlik yaşayanlar
- Stress, yuxusuzluq və ya hormonal balanssızlıq fonunda ödəm yarananlar
- Limfa və vena axını zəif olanlar
- Beyin qan dövranı pozğunluğu və ya enerji çatışmazlığı yaşayanlar
- Aktiv fiziki və ya zehni fəaliyyət zamanı tez yorulanlar
Ödəmə qarşı IV terapiyanın üstünlükləri:
- Sürətli təsir göstərir- Dərman maddələri birbaşa qan dövranına daxil olduğu üçün şişkinlik qısa müddətdə azalmağa başlayır.
- Damar keçiriciliyini tənzimləyir- Toxumalarda artıq maye toplanmasının qarşısı alınır, ödəmin yaranma səbəbi aradan qaldırılır.
- Limfa və vena axınını gücləndirir- Bədəndə yığılan artıq maye və toksinlər daha effektiv xaric olunur.
- Qan dövranını yaxşılaşdırır- Xüsusilə kiçik damarlar səviyyəsində qan axını aktivləşir, toxumalar daha yaxşı qidalanır.
- Təhlükəsiz və nəzarət altında tətbiq olunur- IV terapiya həkim nəzarətində aparıldığı üçün yanaşı təsirlər minimuma endirilir.
- Enerji balansını bərpa edir- Hüceyrələrdə enerji səviyyəsi yüksəlir, ümumi halsızlıq və yorğunluq azalır.
- Antioksidant və antihipoksik təsir göstərir- Hüceyrələr oksigen çatışmazlığına və zərərli maddələrə qarşı daha dayanıqlı olur.
- Qlükoza istifadə qabiliyyətini artırır- Orqanizm enerjidən daha səmərəli istifadə etməyə başlayır, bu isə zehni və fiziki gücü artırır.
Ödəm sadəcə estetik deyil, həm də sağlamlıq üçün təhlükəli ola biləcək bir problemdir. IV terapiya bu problemi sürətli, effektiv və təhlükəsiz şəkildə həll etməyə imkan verir. Bədənin maye-elektrolit balansını bərpa edir, qan dövranını və enerji mübadiləsini normallaşdırır, ümumi vəziyyəti yaxşılaşdırır.